triangle dotted-square solid-square circle

Françayzinq nədir?

mindart
📄Françayzinq nədir? Bir tərəfin (françayzer) ödəniş əsasında digər tərəfə (françayzi) öz biznesinin idarə edilməsi hüququnun verilməsidir, bir növ icarə markanın icarəsi.
📌Françayzinq hüquqi və kommersial bir razılaşmadır.
📍Françayzinqin başlıca üstünlükləri –bankrot risklərinin azlığıdır. Həqiqətən də franşiza almaqla pul qazanmaq üçün işlənib-hazırlanmış bir mexanizm alırsınız, bu mexanizm artıq sınaqdan çıxarılmış və ortaya çıxa biləcək bütün problemlər müəyyən edilmişdir. Həmçinin françayzinq müqaviləsi sizə hansısa mənada rəqabət qurtarmağa icazə verir və sizin kredit vasitələrinə çıxış yolunuzu asanlaşdırır, çünki bu vəsaiti götürmək üçün sizdə françayzerin zəmanət məktubu ola bilər.
📍Əsas üstünlüklərindən biri isə hazır biznesə və markaya sahib olmaqdır.Belə ki, sizin sahib olacağınız biznes artıq bazarda əsaslı kök salmış və müştərilər tərəfindən tanınmış bir marka olacaqdır. Bunun üçün müştəriləri cəlb etmək lazım olmayacaq. Françayzinq sayəsində markanız beynəlxalq səviyyədə olacaqdır. Keyfiyyətli iş, kadr hazırlığı kimi mövzularda əsas şirkətdən yardım alacağınız üçün heç bir çətinlik olmayacaqdır. Bir çox məsuliyyət əsas şirkətə aid olduğundan, işiniz sizə verilən qaydaları tətbiq etməkdən ibarət olacaq.

⤴ Dünyada ilk françayzer modeli “Zinger” tikiş maşınına aiddir: «ABŞ-da bu bazar 150 ildən çoxdur ki, formalaşıb. ABŞ şirkətləri daha çox ticarət mərkəzlərində «fast-food» məhsullarının satışına yönəlib. Yaponiyada françayzinq daha çox uşaq təhsil sisteminə yönəlib. Azərbaycan brendləri arasında uşaq təhsil sisteminə yönələn françayzinqlər üstünlük təşkil edir.